“Araz-Naxçıvan”da braziliyalı hücumçu
21.10.2022 , 11:21

Futzal üzrə UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” heyətinə daha bir hücumçu dəvət edib.
Korner.az xəbər verir ki, ölkə çempionu braziliyalı forvard Pedro Torreslə anlaşıb. O, təmsilçimizə ancaq Çempionlar Liqasının oyunlarında kömək edəcək. Pedronun adı artıq UEFA-ya göndərilmiş ilkin siyahıya daxil edilib.
23 yaşlı futzalçının son klubu Qazaxıstan “Bayterek”i olub. O, 9 oyunda iştirak edib, 3 qol vurub.
