“Araz-Naxçıvan”da braziliyalı futbolçu
19.06.2025 , 14:00

“Araz-Naxçıvan” heyətinə daha bir yeni futbolçu qatıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Naxçıvan təmsilçisi Bruno Franko ilə müqavilə imzalayıb. Braziliyalı sol cinah müdafiəçisi ilə anlaşma 1 illikdir.
27 yaşlı futbolçu ötən mövsüm Sofiya “Lokomotiv”ində çıxış edib. “Lokomotiv”ə qədər o, Bolqarıstanın “Spartak” (Pleven), eləcə də Braziliyada “Matonense”, “Rio Branco”, “Batatais”, “Mogi Mirim” klublarının formasını geyinib.
