“Araz-Naxçıvan” “Turan Tovuz”la heç-heçə etdi
18.04.2025 , 20:56

Bu gün Azərbaycan Premyer Liqasında 31-tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
Turun açılış matçında “Araz-Naxçıvan” “Turan Tovuz”u qonaq edib. Görüşdə qalib müəyyənləşməyib – 1:1.
Azərbaycan Premyer Liqası
31-ci tur
18 aprel
19:00. “Araz-Naxçıvan” – “Turan Tovuz” – 1:1
Qollar: Faiq Hacıyev, 33, İssuf Paro, 53 Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Liv Bona Dea Arena”
