“Araz-Naxçıvan” “Sumqayıt”la oyuna itkilərlə çıxacaq
07.04.2025 , 14:45

Azərbaycan Premyer Liqasının 29-cu turunda bu gün “Sumqayıt”la qarşılaşacaq “Araz-Naxçıvan” oyuna itkilərlə çıxacaq.
Korner.az xəbər verir ki, Miço Kuzmanoviç, Ayyub Allaş, Mustafa Əhmədzadə, Bəxtiyar Həsənalızadə və Ramin Nəsirli zədə səbəbindən bu oyunda iştirak etməyəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “Liv Bona Dea”da keçiriləcək “Araz-Naxçıvan” – “Sumqayıt” oyunu saat 18:00-da başlayacaq.
