“Araz-Naxçıvan” “Səbail”lə heç-heçə etdi, “Qarabağ”dan bərabərlik
22.02.2025 , 20:55

Azərbaycan Premyer Liqasında 24-cü tur davam edir.
Korner.az xəbər verir ki, bu gün daha iki matç keçirilib.
Günün ilk oyununda “Araz-Naxçıvan” öz meydanında “Səbail”i qəbul edib. Görüş 0:0 hesablı heç-heçə ilə bitib.
Digər görüşdə isə “Qarabağ” “Sabah”la üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
Azərbaycan Premyer Liqası
XXIV tur
22 fevral
16:00. “Araz-Naxçıvan” – “Səbail” – 0:0
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
“Liv Bona Dea Arena”
19:00. “Qarabağ” – “Sabah” – 1:1
Qollar: Abdullah Zubir, 17, Cesse Sekidika, 35
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Tofiq Bəhramov adına Respublika Stadionu
