Zaqatala səfərində sonra “Araz-Naxçıvan” PFK-nın daxili iclasının keçiriməsi və komandanın son turlar üzləşdiyi məğlubiyyətlərin səbəblərinin müzakirə olunması haqda xəbər vermişdik.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, yekun qərara əsasən bəzi futbolçularla komanda qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.
Belə ki, Elgiz Kərəmli, Qərib İbrahimov, Elnur Abdulov, Kamil Nurəhmədov və Ruslan Zubkov komandanı tərk edən oyunçular olub. Saytın xəbərində bildirilir ki, bu futbolçular qovulmayıblar, qarşılıqlı razılaşma əsasında müqavilələri ləğv edilib. Gedən futbolçuların boşluğu isə əvəzedici heyətdən gələn oyunçularla doldurulub. Yaxın zamanda komandanın heyətinə bir neçə yeni futbolçu dəvət ediləcək.
