“Araz-Naxçıvan” “Qarabağ” üçün hazırlaşır
21.04.2025 , 18:24

Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyununda “Qarabağ”la qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir.
Korner.az xəbər verir ki, bugünkü məşqə zədəsini müalicə etdirən futbolçulardan Bəxtiyar Həsənalızadə və Miço Kuzmanoviç də qoşulub.
Bu futbolçuların aprelin 23-də keçiriləcək oyunda iştirakı matç günü məlum olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Araz-Naxçıvan” oyunu aprelin 23-də, saat 17:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandaların ilk görüşündə “Araz-Naxçıvan” 1:0 hesablı qələbə qazanıb.
