“Araz-Naxçıvan” Qara Qarayevlə bağlı qərar verdi
03.06.2025 , 10:57

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqaviləsi başa çatmış daha 2 futbolçu ilə yenidən anlaşıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Slavik Alxasov və Qara Qarayev 2025-2026-ci illər mövsümünü də Naxçıvan təmsilçisinin heyətində keçirəcək. Hər iki futbolçu ilə anlaşma 1 illikdir.
