“Araz-Naxçıvan” onu icarəyə verdi
22.01.2024 , 12:39
“Araz-Naxçıvan”ın müdafiəçisi Nihad Qurbanlı icarə əsasında MOİK-in heyətində çıxış edəcək.
Korner.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Anlaşmaya əsasən, futbolçu mövsümün sonuna – mayın 31-nə qədər I Liqa təmsilçisinin heyətində yer alacaq.
Qurbanlı bu mövsüm “Araz-Naxçıvan”la 1 oyuna çıxıb.