“Araz-Naxçıvan” növbəti oyunda da uduzdu
27.10.2022 , 21:17

“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Korner.az xəbər verir ki, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv V qrupdakı ikinci görüşündə Serbiya “Loznika Qrad”ı ilə üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan çempionundan yeganə qolu 19-cu dəqiqədə Vitao vurub.
Qrupda keçirdiyi ardıcıl ikinci oyunda da uduzan “Araz-Naxçıvan” növbəti mərhələyə çıxmaq şanslarını itirib.
“Araz-Naxçıvan” ilk matçda İsveçin “Orebro” klubuma uduzub – 2:5.
Çempionlar Liqası
Əsas mərhələ, II tur
27 oktyabr
“Loznika Qrad” (Serbiya) – “Araz-Naxçıvan” (Azərbaycan) – 4:1
Qollar: Mladen Koçiç, 13; 37. Nemanya Milosavlyeviç, 16. Dorce Roşiç, 24 – Vitao, 19
