“Neftçi” səfərdə, “Qarabağ” evdə məğlub oldu
26.01.2025 , 20:27

Azərbaycan Premyer Liqasında XX turun son oyunları keçirilib.
Korner.az xəbər verir ki, turun son günündə 2 görüş keçirilib.
Günün ilk matçında “Araz-Naxçıvan” “Neftçi”ni qəbul edib. “Ağ-qaralar” bu görüşdə məğlub olub – 1:2.
Turun son matçı isə Tofiq Bəhramov stadionunda baş tutub. “Qarabağ” “Turan Tovuz”la üz-üzə gəlib. Görüş Ağdam klubunun 1:2 hesablı məğlubiyyəti ilə bitib.
Azərbaycan Premyer Liqası
XX Tur
26 yanvar
16:00. “Araz-Naxçıvan” – “Neftçi” – 2:1
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
“Liv Bona Dea Arena”
18:30 “Qarabağ” – “Turan Tovuz” – 1:2
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Tofiq Bəhramov adına Respublika stadionu
