“Araz-Naxçıvan” “Neftçi” ilə qarşılaşacaq
11.05.2023 , 21:22

AFFA İntizam Komitəsinin qərarından sonra yarımfinal seriyasında ikinci qələbəsini reallaşdıran “Araz-Naxçıvan” futzal klubu Yüksək Liqanın finalına vəsiqə qazanıb.
Korner.az xəbər verir ki, son çempion həlledici qarşılaşmada “Neftçi” ilə qarşılaşacaq. Bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Üçüncü yer uğrunda oyunda “Baku Fire” və “Record club” komandaları üz-üzə gələcək. Oyunlar mayın 15-də keçiriləcək.
Mayın 8-də yarımfinal seriyası çərçivəsində keçirilməsi nəzərdə tutulan “Record club” – “Araz Naxçıvan” oyununda “Record club” təyin olunan vaxtda oyuna gəlməyib. Matç baş tutmadığı üçün AFFA İntizam Komitəsi “Record club” klubuna 0:5 hesablı texniki məğlubiyyət verib.
