“Araz-Naxçıvan” məşqlərini bərpa edib
25.11.2024 , 19:03
“Kəpəz”lə oyundan sonra 2 gün istirahət edən “Araz-Naxçıvan” məşqlərini bərpa edib.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda bu gün Buzovna qəsəbə stadionundakı məşqdə isinmə hərəkətlərindən sonra gücün bərpasına aid çalışmalar yerinə yetirib.
“Qırmızı-ağlar”da bir müddət əvvəl cərrahiyyə əməliyyatı olunan kapitan Vadim Abdullayev və zədə səbəbindən kənarda qalan Bayraməli Qurbanov fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında fərdi məşqlərə başlayıb.