“Araz-Naxçıvan” məşqləri bərpa etdi
07.09.2023 , 17:54
Azərbaycan Premyer Liqasında “Kəpəz”lə oyundan sonra 3 gün istirahət edən “Araz-Naxçıvan” bu gündən məşqlərini bərpa edib.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında 90 dəqiqəlik çalışma daha çox fiziki hazırlıqla bağlı təmrinlərin yerinə yetirilməsinə həsr olunub.
Gəncədəki qarşılaşmada yüngül zədələnən Turan Manafov, icazəli olan Numan Kurdiçlə İsmail Azzaui, eləcə də U-21-in düşərgəsində olan Abdulla Rzayev və Mirəli Əhmədov kollektivlə birgə hazırlığa qatılmayıb.
Komandam sabah 2 məşq keçəcək.