Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Xəzər Lənkəran”ın qonağı olacaq “Araz Naxçıvan” Lənkərana ciddi itki ilə yollanacaq.
Korner.az-ın məlumatına görə, baş məşqçi Əsgər Abdullayev bu matçda Cavid Həsənovun xidmətindən yararlana bilməyəcək.
Buna səbəb futbolçunun cəzalı duruma düşməsidi. Belə ki, 1/8 finalın “Simurq”la matçında “sarı” alan Cavid “Xəzər Lənkəran”la ilk oyunda da cəzalanıb və limiti doldurub.
Qeyd edək ki, 1/16 finalda “Ağsu”, ardınca isə “Simurq”la matçlarda “sarı” alan David Canalidze bu səbəbdən “Xəzər Lənkəran”la oyunu buraxıb.
