“Araz-Naxçıvan” Küveyt klubuna qarşı
24.07.2024 , 17:36

Yeni mövsümə Türkiyədə hazırlaşan “Araz-Naxçıvan” bu gün növbəti oyununa çıxacaq.
Korner.az xəbər verir ki, Elmar Baxşıyevin komandası Küveytin “Əl-Ərəbi” klubu ilə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
