“Araz-Naxçıvan” “Kəpəz”lə heç-heçə etdi, “Neftçi” “Zirə”yə qalib gəldi
10.02.2025 , 20:55

Bu gün Azərbaycan Premyer Liqasında XXII turun daha 2 oyunu keçirilib.
Korner.az xəbər verir ki, günün ilk görüşündə “Araz-Naxçıvan” “Kəpəz”lə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib – 0:0.
Digər keçirilən matçda isə “Zirə” “Neftçi”ni qəbul edib. Qarşılaşma “ağ-qaralar”ın qələbəsi ilə bitib – 2:1.
Azərbaycan Premyer Liqası
XXII tur
10 fevral
16:00 “Araz-Naxçıvan” – “Kəpəz” – 0:0.
Baş hakim: Kamal Umudlu
“Liv Bona Dea Arena”
19:00 “Zirə” – “Neftçi” – 1:2
Baş hakim: Əliyar Ağayev
Zirə İdman Kompleksinin stadionu
