“Araz
Naxçıvan” klubu Peşəkar Futbol Liqasına müraciət edərək klubun I Divizionun
ikinci dövrəsindəki ev oyunlarının həftənin şənbə gününə təyin olunması
haqqında xahiş etmişdir.
Korner.az-ın məlumatına görə, buna səbəb Naxçıvan şəhərinə olan təyyarə
reyslərindəki dəyişikliklərdir.
Yuxarıda
qeyd olunanları nəzərə alaraq “Araz Naxçıvan” klubunun I Divizionun ikinci
dövrəsindəki ev oyunlarının həftənin şənbə gününə təyin olunması haqqında qərar
qəbul edilmişdir.
