“Araz-Naxçıvan”ın daha 2 rəqibi məlum oldu
17.07.2024 , 11:00

Təlim-məşq toplanışını Türkiyənin Erzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” iyulun 21-də və 24-də növbəti yoxlama oyunlarını keçirəcək.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda əvvəlcə Küveytin “Al-Arabi” klubu ilə gücünü sınayacaq. Növbəti rəqib isə Özbəkistan “Soqdiana”sı olacaq.
Qeyd edək ki, “qırmızı-ağlar” toplanışı iyulun 25-də yekunlaşdırıb Bakıya dönəcək və 2 gün istirahət etdikdən sonra “Qarabağ”la oyunun hazırlığına başlayacaq.
21 iyul
“Araz-Naxçıvan” – “Al-Arabi” (Küveyt)
Erzurum
24 iyul
“Araz-Naxçıvan” – “Soqdiana” (Özbəkistan)
Erzurum
