“Araz-Naxçıvan” baş məşqçi ilə müqavilə yenilədi – Rəsmi
27.05.2025 , 13:15

“Araz-Naxçıvan” baş məşqçi Elmar Baxşıyevlə yeni müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssis 2025-2026-cı illər mövsümündə də “qırmızı-ağlar”ı çalışdıracaq. Onunla anlaşma 1 illikdir.
Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasının 2024-2025-ci illər mövsümünü 3-cü pillədə başa vurub və tarixində ilk dəfə UEFA Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.
