“Araz-Naxçıvan” baş məşqçi ilə “davam” dedi
17.07.2023 , 14:54

Azərbaycan Premyer Liqasının 2023-2024-cü il mövsümündə iştirak edəcək “Araz-Naxçıvan”da məşqçilər korpusu müəyyənləşib.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Azər Bağırovun 5 köməkçisi olacaq.
Rail Məlikov köməkçi, Miloş Yevtiç fiziki hazırlıq, Araz Bağırov analitik, Əfran İsmayılov seleksiya, Ramiz Kərimov qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirəcək.
Baş məşqçi Azər Bağırov və köməkçiləri ilə bir illik müqavilə imzalanıb.
