I Divizionun 16-cı turu çərçivəsində “Araz-Naxçıvan” “Bakılı”nın qonağı olacaq.
Korner.az-ın məlumatına görə, Naxçıvan klubu görüşün hazırlıqlarını məskunlaşdığı “Neftçi”nin köhnə bazasında davam etdirir.
Bu gün komanda oyunun keçiriləcəyi Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionunda son məşqinə çıxacaq. Ancaq oyundan öncə “Araz-Naxçıvan”ın heyətində bəzi itkilər var. Belə ki, XV turda mövsüm ərzində 4-cü sarı vərəqələrini alan David Canalidze və Aleksandr Krustkeviç bu matçı buraxmalı olacaqlar. Həmçinin, “Neftçala” ilə 14-cü turun qarşılaşmasında qırmızı vərəqə alan Eşqin Quliyev görüşü azarkeş kimi izləmək məcburiyyətində qalacaq.
Qeyd edək ki, ilk dövrədə Naxçıvanda keçirilən matçda “Araz-Naxçıvan” rəqibini 4:0 hesabı ilə məğlub etmişdi.