“Araz-Naxçıvan” 2 oyunçunu saxladı
09.06.2025 , 12:45

“Araz-Naxçıvan” müqaviləsi başa çatan iki futbolçu ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, Nuno Rodriqes və Ramon Maçado 2025-2026-cı illər mövsümündə də “qırmızı-ağlar”ın formasını geyinəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər iki futbolçu ilə müqavilə bir il müddətinə imzalanıb.
