Dünən futzal üzrə UEFA kubokunun elit-raundunda növbəti oyunlar keçirilib.
Korner.az-ın məlumatına əsasən, Çexiyada təşkil olunan turnirdə təmsilçimiz “Araz” klubu III matçına çıxıb.
“Araz” Çexiyanın “Xrudim” klubu ilə qarşılaşıb və 0:6 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Araz” daha öncə Slovakiyanın “Slov-Marik” klubuna 3:4, Rusiyanın “Dina” komandasına isə 4:5 hesabı ilə uduzmuşdu.
21 noyabr
Elit raund, III tur
21:00. “Araz” (Azərbaycan) – “Xrudim” (Çexiya) – 0:6
Qollar: Alvarito, 4 (0:1), Resetar, 7 (0:2), Slovaçek, 16 (0:3), Mares, 25 (0:4), Taverna, 33 (0:5), Felipe Deyvisson, 38 (0:6)
