Araz kənarda qaldı
29.09.2020 , 16:49

Türkiyə I Liqasında III turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi “Boluspor” doğma meydanda “Altınordu”ya uduzub – 1:2.
Araz bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, “Boluspor” 1 xalla 16-cı yerdə qərarlaşıb.
