“Araz” ilk oyunda məğlub oldu
12.03.2020 , 16:06

Futzal üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib.
Korner.az xəbər verir ki, “Red Line”nin rəqibi “Premier” komandası oyuna gəlmədiyinə görə, ilk matç baş tutmayıb.
Günün ikinci oyununda isə kubokun 2 il əvvəlki sahibi “Marafon” “Atletiko Baku” üzərində inamlı qələbəyə sevinib. Gözlənilməz nəticə isə “Araz” – “Baker Tilly” görüşündə qeydə alındı. Son çempion bu oyundan məğlubiyyətlə ayrılıb. Günün son oyununda eyni liqanın təmsilçiləri – “Advokat”la “Star kargo-2” üz-üzə gəlib. “Advokat” bu oyundan məğlub ayrılıb.
Azərbaycan kuboku
1/8 finalın ilk oyunları
11 mart
Marafon – Atletiko Baku 6:0
Araz – Baker Tilly 6:7
Advokat – Star kargo-2 3:5
Bu gün “Olimpik Star”da daha iki oyun keçiriləcək:
19:45. EKOL – Standard
21:15. Hövsan – Yurd MFK
