Aprelin 24-26-da Bakıda keçiriləcək futzal üzrə UEFA Kubokunun "Dördlər finalı"nda iştirak edəcək "Araz"ın turnirə hazırlaşacağı məkan müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Naxçıvan klubu Bakıda hazırlıq keçəcək.
"Araz" toplanış ərzində 4-5 yoxlama oyunu keçirəcək. Rəqiblər isə Azərbaycan çempionatının iştirakçıları – “Ekol”, “Neftçi” və “Fənərbağça” olacaq. "Araz" həmçin bu klubların üzvlərindən ibarət yığma komanda ilə qarşılaşacaq.
