“Araz” Çempionlar Liqasında mübarizəni dayandırdı
29.11.2020 , 00:09

Bu gün Azərbaycan çempionu “Araz” futzal üzrə Çempionlar Liqasında mübarizəyə start verib.
Korner.az xəbər verir ki, təmsilçimiz ilkin mərhələdə Yunanıstanda AEK-lə qarşılaşıb. Afinada keçirilən matç 3:3 hesabı ilə başa çatıb. Beləliklə, qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. AEK “Araz”ı üstələyib- 4:3.
Bununla da Azərbaycan təmsilçisi turnirlə erkən vidalaşmalı olub. Yunanıstan klubu isə 1/16 finala vəsiqə əldə edib.
28 noyabr
Çempionlar Liqasının ilkin mərhələsi
16:30. AEK (Yunanıstan) – “Araz” (Azərbaycan) – 3:3
Qollar: Manos Hadyidrodis, 1 (1:0), Panu Autio, 20 (2:0), Rizvan Fərzəliyev, 24 (2:1), Panu Autio, 28 (3:2), Xətai Bağırov, 33 (3:2), Ramiz Çovdarov, 337 (3:3)
Qırmızı vərəqə: Fineo, 29 (Azərbaycan)
Hakimlər: Karl Hyuz, Valentin Syuplea, Konstantinos Farmakis
Afina, “Dias Sports Hall”
