Araz cəmi 6 dəqiqə oynadı
27.10.2020 , 10:39

Türkiyə I Liqasında VII turun oyunları keçirilib.
Azərbaycan millisinin üzvü Araz Abdullayevin formasını geyindiyi “Boluspor” doğma meydanda “Menemenspor”la qolsuz heç-heçəyə razılaşıb.
Araz da bu görüşün iştirakçısı olub. O, 84-cü dəqiqədə meydana daxil olub.
“Boluspor” 7 turdan sonra 3 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.
