“Fənərbağça” rəhbərliyinin Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarovu sponsorluğa cəlb etməkdə maraqlı olduğu barədə xəbər vermişdik.
Korner.az-ın məlumatına görə, İddiada İstanbul təmsilçisinin prezidenti Əziz Yıldırım klubun maliyyə durumunu yaxşılaşdırmaq üçün “Krokus"un rəhbərinə təklif göndərib.
Ancaq Ağalarov Ruisya mətbuatına müsahibəsində xəbəri təkzib edib: "Yox, bunlar düz deyil. Bu mövzuda heç düşünməmişəm də. Bunu etməyə də hazırlaşmamışam. Məsələyə şərh vermək çətindi.
Mən hazırda 2 komandanın – futbolda Moskva “Dinamo”su və otüstü hokkeydə Krasnoqorsk “Zorki”sinin sponsoruyam. Bunun öhdəsindən çətinliklə gəlirəm və bu planda nəsə almağa hazırlaşmıram".
