Kipr çempionatında 9-cu turun oyunları keçirilib.
Azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” doğma meydanda “Pafos”la qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Araz start heyətdə meydana çıxıb və 55-ci dəqiqədə əvəzlənib.
Geridə qalan turlarda 19 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi. Amma bu xal itkisi komandanın əsas rəqiblərindən olan Larnaka AEK-inin zirvəyə şərik olmasına səbəb olub.
