Kipr çempionatında III turun oyunları davam edir. Milli komandamızın oyunçusu Araz Abdullayevin çıxış etdiyi “Anortosis” də növbəti matçını keçirib.
Sözügedən komanda “Aris”i qəbul edib. Görüş meydan sahiblərinin minimalhesablı üstünlüyü ilə başa çatıb.
Matça ehtiyat oyunçular skamyasında başlayan Araz ikinci hissənin əvvəlində meydana daxil olub.
Qarşılaşmadakı yeganə qol da milli üzvü oyuna girdikdən sonra vurulub. 60-cı dəqiqədə Sisse fərqlənib.
