Kipr çempionatında 17-ci turun oyunları keçirilib.
Azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” doğma meydanda Nikosiya APOEL-i ilə qarşılaşı və bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Araz meydana start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Geridə qalan turlarda 36 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında ikinci pillədə qərarlaşıb.
