Araz Abdullayevin baş məşqçisi qovuldu
19.10.2020 , 16:52

Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi “Boluspor” klubunun baş məşqçisi Ahmet Taşyürek istefaya göndərilib.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
48 yaşlı türkiyəli mütəxəssislə uğursuz çıxışa görə yollar ayrılıb.
“Boluspor” 5 turdan sonra cəmi 1 xal toplayıb.
