Araz Abdullayev rəsmən Türkiyə klubunda
15.09.2020 , 23:05

Araz Abdullayevin yeni klubu müəyyənləşib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Türkiyənin “Boluspor” klubuna keçib.
28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Abdullayevin son klubu “Qarabağ” olub. O, ötən mövsümün sonunda Ağdam təmsilçisindən ayrılıb.
