Ölkə futbolu

Araz Abdullayev rəsmən “Sumqayıt”da

15.01.2022 , 11:17

“Sumqayıt”  daha bir futbolçunu heyətinə cəlb edib.

Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi son olaraq Kiprin “Etnikos” klubunda çıxış etmiş Araz Abdullayevlə 6 ay + 2 il şərti ilə müqavilə imzalayıb. Araz komandada 78 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Araz Abdullayev “Etnikos”da meydana çıxdığı 12 qarşılaşmada 3 məhsuldar ötürmə ilə yadda qalıb. 29 yaşlı yarımmüdafiəçi “Neftçi”, “Panionios” (Yunanıstan) “Qəbələ”, “Anortosis” (Kipr), “Qarabağ” və “Boluspor” (Türkiyə) kimi klubların uğurları üçün də çalışıb.

Son yazılar

Yuxarı