“Neftçi”nin kapitanı Araz Abdullayevin korner.az saytına müsahibəsi
– Finalda məğluib olmaqla titulsuz qaldız. Oyunla bağlıı nə deyərdin?
– Bu oyuna qələbə üçün çıxmışdıq. Kuboku qazanmaq istəyirdik. Amma bu mövsümü titulsuz başa vurmalı olduq. Alınmadı.
– Kuboku qazanmağınıza nə mane oldu?
– Ağır oyun oldu. Vuruşduq, mübarizə apardıq. Amma görünür, qismət deyilmiş.
– Sizə elə gəlmir ki, “Neftçi” artıq birinci hissədən sonra məğlubiyyətlə barışmışdı?
– Xeyr, elə deyildi. İki qol buraxsaq da, mübarizəmizi sonadək davam etdirdik. Sadəcə, biz ilk yarıda iki qol buraxacağımızı gözləmirdik. Bu, planlarımıza daxil deyildi.
– Fərqi azaltdıqdan sonra oyunda dönüş yaradacağınıza inandınız?
– Əlbəttə. Çünki hücumlarımızı davam etdirirdik. Başa düşürəm ki, hücumlar o qədər də kəsərli olmurdu. Amma bacardığımız bu oldu.
– Avrokuboklardan nə gözləyirsiniz?
– İndi bir qədər istirahət etmək lazımdır. Çox istərdim ki, komandamız daha çox mərhələ adlasın. Azərbaycanın bütün təmsilçilərinə avrokuboklarda uğurlar arzulayıram.
