Kipr çempionatında 23-cü turun oyunları keçirilib.
Azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” doğma meydanda Nikosiya “Omoniya”sı ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Zədəli olan Araz bu görüşün iştirakçısı olmayıb.
Geridə qalan turlarda 47 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında dördüncü pillədə qərarlaşıb.
