Kipr çempionatında 4-cü turun oyunları davam edir. Milli komandamızın oyunçusu Araz Abdullayevin komandası formasını geyindiyi “Anortosis” də növbəti matçını keçirib.
Famaqusta təmsilçisi səfərdə APOEL-lə qarşılaşıb. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 30-cu dəqiqədə Viktor fərqlənib.
Matça əsas heyətdə başlayan Araz 78 dəqiqə meydanda olub. O, komanda yoldaşı Artimatas tərəfindən əvəzlənib.
