Kipr çempionatında II turun oyunları keçirilir.
Millimizin üzvü Araz Abdullayevin çıxış etdiyi “Anortosis” səfərdə “Oroklinis”in qonağı olub.
Qarşılaşma Arazın komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin yarımmüdafiəçisi matçın 86-cı dəqiqəsində Sekou Sissenin əvəzinə meydana daxil olub.
“Anortosis” bu qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb və turnir cədvəlində ilk pilləyə yüksəlib.
