Araz Abdullayev kənarda qaldı
22.10.2020 , 16:01

Türkiyə I Liqasında VI turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Araz Abdullayevin formasını geyindiyi “Boluspor” səfərdə “Balıkəsirspor”la heç-heçə edib – 0:0.
Araz bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Boluspor” 2 xalla 18 komanda arasında 17-cidi.
