Kipr çempionatında 2017/18 mövsümünə start verilib.
Azərbaycanlı futbolçu Araz Abdullayevin yenicə müqavilə imzaladığı “Anortosis” də ilk matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Nea Salamis”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Araz da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü 83-cü dəqiqədə əvəzlənib.
