Futbolçu ilə bağlı qəti qərar klubdaxili iclasda veriləcək.
Korner.az-ın məluamtına görə, “Neftçi”-nin yarımmüdafiəçisi Araz Abdullayev klubun nizam-intizam qaydalarını pozduğuna görə cəzalandırılıb.
Futbolçu bu gün komandamızın oyunöncəsi toplanışına gecikdiyi üçün məşqə buraxılmayıb. Araz Abdullayevlə bağlı qəti qərar 13-cü turun oyunundan sonra keçiriləcək klubdaxili iclasda veriləcək.
