Kiprin I Divizionunda XVI tur davam edir
Milli komandamızın oyuncusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti matçına çıxıb. “Aris” səfərinə yollanıanan komanda 0:2 hesabı ilə qalib gəlib.
Araz matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub. Ötən tur komandasının qələbə qoluna imza atan Abdullayev bu dəfə 71-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, 16 oyundan sonra aktivində 36 xal olan “Anortosis” bir oyun artıq keçirməklə turnir cədvəlinin lideridir.
