Araz Abdullayev “Anortosis”də növbəti matçına çıxıb
Futbolçumuz “Ermis”lə matçın 56-cı dəqiqədə meydana daxil olub. Araz bir epizodda qol vurmağa yaxın olsa da, boş qapını dəqiq nişan ala bilməyib. Onun zərbəsi dirəkdən dönsə də, komanda yoldaşı yaranan qol vəziyyətini boşa verməyib. Görüş “Anortosis”in 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 25 oyuna 53 xal toplayan “Anortosis” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
