big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Araz Abdullayev: “Azərbaycanın ən böyük klubundayam və buna görə şadam”

14.09.2018 , 22:54

Bu gün Topaz Premyer Liqasında IV tura start verilib

İlk oyun günündə “Qarabağ” öz meydanında “Sumqayıt”ı qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qalibiyyətilə yekunlaşıb. Oyundan sonra “Qarabağ”da debüt edən Araz Abdullayev jurnalistlərin suallarını cavablandırıb.

O, ilk olaraq oyun barədə fikirlərini bildirib:

– Bu qələbə bizim üçün çox vacib idi. “Sportinq”lə görüşdən öncə bizi müsbət mənada motivasiya etdi. Mənim də uzun müddət sonra ilk oyunum, debütüm idi. Bundan sonra özümü daha çox inkişaf etdirəcəm və daha yaxşı nəticələr əldə etməyə çalışacağam.

– “Panionios” klubu ilə müqavilə bağladın, lakin sonradan yarımçıq qoydun. Yayılan məlumatlara görə, məşqi yarımçıq dayandırmısan. Bu barədə nə deyə bilərsən?

– Bu xəbər yalandı. Məşqi yarımçıq qoymamışam. Sadəcə deyə bilmədiyim bəzi nüanslar var idi ki, klubla razılığa gələ bilmədik və müqaviləni ləğv etdik.

– “Panionios”da qalmaq sənin üçün daha yaxşı deyildimi?

– Hazırki vəziyyət məni qane edir. Azərbaycanın ən böyük klubundayam və buna görə də şadam.

– Səncə, Qurban Qurbanovun hökmü səni daha yaxşı futbolçu edə bilər?

– Əlbəttə, belə bir şəraitdə oynamaq futbolçu üçün həm çətin, həm də peşəkarlıq baxımından çox məhsuldar olacaq.

– Niyə azərbaycanlı futbolçuların legioner həyatı uğurlu alınmır və onlar tezliklə Azərbaycana qayıtmalı olurlar?

– Bu fikirlə razı deyiləm, mən bacardığım qədər Azərbaycanı yaxşı təmsil etməyə çalışdım. Lakin klublar arasındakı maddi və ya digər məsələlər, yolumuza daş oldu.

– Sən gənc yaşlarından futbol ictimaiyyətinin diqqət mərkəzindəsən. İstedadına da söz ola bilməz. Lakin klublardakı bu davamsızlığın sənin karyeranda ciddi təhlükələr yaradır. Necə düşünürsən, səncə “Qarabağ” sənin üçün son ümiddirmi?

– “Qarabağ” elə klubdur ki, burda hamının şansı var. Rəqabət olan yerdə inkişaf var, buna görə də heç vaxt rəqabətdən çəkinməmişəm.

– “Sportinq”lə oyun barədə nə deyə bilərsən?

– Əgər çempion olmaq istəyirsənsə, evdəki bütün oyunlarda qalib gəlməlisən. Bizim üçün də əsas olan budur. “Sportinq”lə oyuna hələ vaxt var. Ona görə də elə burdakı oyunlar bizim üçün yaxşı hazırlıq mərhələsidir.

– Bir futbolçu kimi, Azərbaycan millisində nələrin çatışmadığını deyə bilərsən?

– Buna ancaq Qurban Qurbanov cavab verə bilər. Biz sadəcə bizə verilən tapşırıqları yerinə yetiririk.

Son yazılar

To Top