Kipr çempionatında 7-ci turun oyunları keçirilib.
Aazərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” doğma meydanda “Apollon”la qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Geridə qalan turlarda 15 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi.
