“Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev qısa müddətli fasilədən sonra yenidən əsas heyətə qaytarılıb.
Korner.az-ın məlumatına görə, millimizin də şərəfini qoruyan futbolçu Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilmiş “Sumqayıt”la səfər oyunundakı hərəkətinə görə cəzalandırılmış, əvəzedici heyətə göndərilmişdi.
Lakin o, həmin oyunda əvəzlənərkən baş məşqçi Arif Əsədovun əlini sıxmamaqla səhvə yol verdiyi başa düşüb və üzr istəyib. Bu üzdən də futbolçunun əsas heyətə dönməsinə icazə verilib. Çox güman ki, yarımmüdafiəçi növbəti turda komandasına kömək edə biləcək.(azerisport)
