Arauxo “Alaves”lə oyunda iştirak etməyəcək
28.11.2025 , 20:04
“Barselona”nın mərkəz müdafiəçisi Ronald Arauxo La Liqanın 14-cü turunda “Alaves”ə qarşı keçiriləcək matçda forma geyinməyəcək.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu, Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Çelsi” ilə oyunda qırmızı vərəqə aldıqdan sonra ruhən sarsılıb. 26 yaşlı müdafiəçi komandanın son iki məşqində iştirak etməyib.
Qeyd edək ki, Arauxo bu mövsüm “Barselona” ilə 15 rəsmi oyunda çıxış edib və 2 qol vurub. Onun klubla müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub.