”Neftçi” komandasını təbrik edirəm, qalib gələ bilməməyimizə təəssüflənirəm”.
Korner.az-ın məılumatına görə, bu sözləri “Qəbələ” – “Neftçi” oyunundan sonra meydan sahiblərinin çalışdırıcısı Luis Araqon deyib.
İspan məşqçi komandasının ikinci yarıda daha üstün olduğunu bildirib: “İkinci hissədə oyunda tam üstün tərəf idik. Komandanın əsas heyətində 4 gənc futbolçuya şans vermişdik. Fikrimcə, doğru yoldayıq”.